İdman24
Futbol · Report İdman

Gəncədə azarkeşlər "Kəpəz" - "Qarabağ" matçı öncəsi stadiona axışır, rekord yenilənəcək

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 12° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Gəncədə azarkeşlər "Kəpəz" - "Qarabağ" matçı öncəsi stadiona axışır, rekord yenilənəcək Futbol 22 noyabr, 2026 16:03 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Gəncə şəhər stadionunda bu gün keçiriləcək "Kəpəz" - "Qarabağ" matçını izləmək üçün azarkeşlər arenaya axın edirlər.

"Report" un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, havanın yağışlı olmasına baxmayaraq, qarşılaşmaya maraq olduqca böyükdür.

Tərəfdarlar mərhələli şəkildə stadiona daxil olaraq tribunadakı yerlərini tuturlar.

Misli Premyer Liqasının XII turu çərçivəsində baş tutacaq görüşdə cari mövsümün azarkeş rekordu yenilənəcək. Belə ki, qarşılaşmaya böyük maraq səbəbindən bütün biletlər satılıb.

Qeyd edək ki, 15 363 tamaşaçı tutumuna malik stadionda bugünkü matçı maksimum sayda azarkeşin izləyəcəyi gözlənilir. Hazırda nə onlayn satış platformasında, nə də fiziki kassalarda bilet qalıb. Bununla əlaqədar stadionun kassaları son iki gündür fəaliyyət göstərmir.

Azarkeşlərin stadiona daxil olması üçün qapılar avrokubok matçlarında olduğu kimi, qarşılaşmanın başlamasına iki saat qalmış açılıb.

Cari mövsümdə "Kəpəz"in ev oyunlarında ən yüksək azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə qeydə alınıb. Qarşılaşmanı Gəncə şəhər stadionundan 15 min tamaşaçı izləyib. Bu gün keçiriləcək matçda isə həmin göstəricinin üstələnəcəyi gözlənilir. "Kəpəz" - "Qarabağ" oyunu saat 17:00-da başlayacaq.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Foto Məhəmməd Ağayev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 00:11 Kuşner: Tramp Ukraynaya NATO modelində təhlükəsizlik zəmanətlərini nəzərdən keçirə bilər Digər ölkələr 23:56 Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir Digər ölkələr 23:32 Foto Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb Mədəniyyət siyasəti 23:22 Kuşner: ABŞ Ukrayna, Rusiya və Avropa ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək Digər ölkələr 23:08 Foto Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb Hadisə 23:00 Gürcüstan prezidenti 232 nəfəri əfv edib Region 22:45 Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir Digər ölkələr 22:41 Qazaxda 63 yaşlı kişi Kürdə batıb Hadisə 22:19 İtaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə