İdman24
Futbol · APA Sport

AL: “Qarabağ” turu keçdi, rəqibi bəlli oldu - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olub.

Qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Təmsilçimiz matça qolla başlayıb. 5-ci dəqiqədə Muaddib komandamızı önə keçirib: 1:0.

29-cu dəqiqədə Pedro Bikalyo hesabı 2:0 edib.

İkinci hissəyə də fəal başlayan "Qarabağ" fərqi 3 topa çatdırıb. 57-ci dəqiqədə Zəkəriya Savo fərqlənib.

Matç təmsilçimizin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" adını Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yazdırıb. Komandamızın bu turdakı rəqibi Bolqarıstanın ÇSKA Sofiya klubu olacaq.

Avropa Liqası I təsnifat mərhələsi 00:00. "Vestri" - "Qarabağ" 0:3

​​​​ Qol: C. Muaddib, 5, P. Bikalyo, 29, Z. Savo, 57

"Vestri": Steinarsson, Qardarsson, Yohannsson, Edson Eduard, Eynarsson, Stensson, Haqbardsson, Eydal, Selven, Fall, Duah.

"Qarabağ": Koxalski, Lanqa, Varkonyi, Hüseynov, Mateus Silva, Yankoviç, Pedro Bikalyo, Zubir, Kadi Borxes, Mouaddib, Savo.

Baş hakim: Marek Radina (Çexiya)

Orijinal mənbə

İdman24 əsas səhifə