Digər · APA Sport
Millətlər Liqası: Portuqaliya Uels səfərində, Norveç Danimarkaya qarşı – YENİLƏNİR

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, VI turun son oyun günündə A və B liqalarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.
Günün diqqətçəkən matçlarından biri Böyük Britaniyada baş tutacaq. Portuqaliya millisi səfərdə Uels yığması ilə üz-üzə gələcək. A Liqasının 4-cü qrupunun digər görüşündə Danimarka Norveçi qəbul edəcək.
B Liqasında isə dörd qrupda altı qarşılaşma təşkil olunacaq. Polşa İsveçlə, Ukrayna Gürcüstanla, İrlandiya isə Kosovo ilə münasibətlərə aydınlıq gətirəcək.
Günün bütün oyunları Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
23:45. Macarıstan – Şimali İrlandiya
23:45. Bosniya və Herseqovina – Rumıniya