İdman24
Voleybol · Report İdman

Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 24° C USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır Komanda 01 oktyabr, 2026 15:05 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsinə (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hazırlığı Qubada davam etdirir.

Bu barədə "Report" a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Hazırlıq proqramına uyğun olaraq, komanda Qubada, UNEC klubunun idman zalında təlim-məşq toplanışındadır.

Türkiyəli mütəxəssis Gökhan Edmanın rəhbərliyi altında keçirilən hazırlıq prosesində 20 və 16 yaşadək qızlardan ibarət komandaların üzvləri iştirak edir. Ümumilikdə toplanışa 33 voleybolçu cəlb olunub.

10 günlük Quba toplanışının ardından komandaların oktyabrın 3-də Bakıya qayıtması planlaşdırılır. Bundan sonra 20 yaşadək qızlardan ibarət milli hazırlığı ölkə xaricində davam etdirəcək. Hazırlığın növbəti mərhələsində komandanın bir neçə yoxlama oyunu keçirməsi də nəzərdə tutulur.

Qeyd edək ki, 20 yaşadək qızlardan ibarət komandalar arasında EEVZA çempionatı 22–25 oktyabrda Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları mübarizə aparacaq.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 15:40 Lixtenşteynlə altıncı duel: Azərbaycan millisi əvvəlki 5 oyunun üçündə qalib gəlib Futbol 15:30 Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbiçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu Hərbi 15:29 Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı yenidən təşkil edilir Biznes 15:25 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Hadisə 15:24 Azərbaycan şahmatçılarının oktyabr ayı üçün FIDE reytinqi bəlli olub Fərdi 15:23 Aİ dizel yanacağı ehtiyatlarının sərbəst buraxılması ilə bağlı məsləhətləşmələr aparır Energetika 15:20 Gökhan Edman: "EEVZA çempionatında ilk "üçlüy"ə düşməyi hədəfləyirik" Komanda 15:20 Vernon Koaker: London və Bakı müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcək Xarici siyasət 15:16 "CAMCA-2026": Beynəlxalq əməkdaşlıq müasir təhsilin inkişafında əsas rol oynayır Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə