İdman24
Digər · APA Sport

Sabiq "Fənərbaxça"lı "Boka Xuniors"da

Ekvador millisinin hücumçusu Enner Valensiya karyerasını Argentinada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 36 yaşlı oyunçu "Boka Xuniors"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, forvardla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Valensiya karyerası ərzində "Paçuka", "Emelek", "Vest Hem", "Everton”, “Tiqres”, “İnternasional”, “Fənərbaxça” klublarında çıxış edib.

Orijinal mənbə

İdman24 əsas səhifə