II Liqa: VI tura yekun vurulub

Bu gün futbol üzrə Azərbaycan II Liqasında VI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.
“Hypers” öz meydanında “Marafon”la üz-üzə gəlib.
“Şirvan” “Difai”ni, “Ağdaş” “Dinamo”nu sınağa çəkib.
“Hypers” – “Marafon” 1:1 Hakimlər: Rəsul Babayev, Hüseyn Vəliyev, Tural Bayramov, Rüfət Əhmədov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Mübariz Hüseynov Bərdə şəhər stadionu, 15:00
“Ağdaş” – “Dinamo” 0:4 Hakimlər: Nəriman Ağayev, Elvin Mədətov, Ağadur Mahmudov, Elçin Abdullayev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Elman Musayev Ağdaş şəhər stadionu, 15:00
“Şirvan” – “Difai” 3:3 Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ləman Əmirli Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: İlham Əliyev Şirvan OİK stadionu, 15:00