Futbol · APA Sport
“Arsenal”da ciddi itki

“Arsenal” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Kristos Tzolis sıradan çıxıb.
Bu barədə komandanın baş məşqçisi Mikel Arteta yerli mətbuata açıqlamasında məlumat verib.
Mütəxəssis yunan yarımmüdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, Tzolis bu yay “Arsenal”a keçib. O, Premyer Liqada 5 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.