İdman24
Digər · APA Sport

Qurban Qurbanov: “Bakıdakı oyundan daha yaxşı oynamalıyıq”

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək ÇSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” oyunu öncəsi Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis cavab qarşılaşması barədə fikirlərini bölüşüb.

“Hər iki komanda üçün çox vacib oyundur. İlk matç heç-heçə başa çatıb. Cavab görüşündə hər iki komanda qələbə qazanmaq istəyəcək. Rəqibin iddialı və həvəsli görünməsi bizi daha məsuliyyətli olmağa vadar edir.

Demək olar ki, eyni səviyyəli komandalardır. İnanıram ki, azarkeşlər yaxşı oyun izləyəcəklər. Biz də yaxşı matçlarımızdan birini keçirməyə çalışacağıq. Qalib gəlmək istəyiriksə, Bakıdakı oyundan daha yaxşı çıxış etməliyik”, – deyə Qurbanov bildirib.

Qeyd edək ki, iyulun 30-da Sofiyadakı Vasil Levski adına Milli Stadionda keçiriləcək ÇSKA – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə