AFFA qadın məşqçilər üçün UEFA C lisenziya kursuna start verib

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 15° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika AFFA qadın məşqçilər üçün UEFA C lisenziya kursuna start verib Futbol 20 noyabr, 2026 17:19 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA UEFA-nın dəstəyi ilə həyata keçirdiyi Qadın Məşqçiləri üçün İnkişaf Proqramı çərçivəsində UEFA C lisenziya kursuna start verib.
Bu barədə "Report" a qurumdan məlumat verilib.
Proqramın ilk kursunun açılışında AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Məşqçi Təhsili Şöbəsinin rəhbəri Aslan Kərimov və təhsil üzrə ekspert Nigar Nəsrullayeva iştirak ediblər. Layihənin əsas məqsədi qadınların məşqçilik sahəsində peşəkar inkişafını dəstəkləmək, UEFA lisenziyalı qadın mütəxəssislərin sayını artırmaq və onların futbolun müxtəlif səviyyələrində fəaliyyət imkanlarını genişləndirməkdir.
Proqram çərçivəsində təşkil olunan UEFA C lisenziya kursuna Bakıdan və regionlardan 21 qadın məşqçi cəlb olunub. Kurs müddətində iştirakçılara məşqçilik fəaliyyətinin əsas prinsipləri, hazırlıq prosesinin planlaşdırılması və təşkili, futbolçuların inkişafı, məşq metodologiyası və praktiki vərdişlərin təkmilləşdirilməsi istiqamətində bilik və bacarıqlar aşılanır. Tədris prosesi nəzəri və praktiki məşğələləri, eləcə də məşqçilərin öz komandaları ilə yerinə yetirəcəkləri təcrübi tapşırıqları əhatə edir. Təlimlər qadın futbolu üzrə texniki direktor Emrah Aykurt, həmçinin AFFA-nın Məşqçilik Təhsili Şöbəsinin instruktor və tutorları tərəfindən keçirilir.
Qadın məşqçilər üçün inkişaf proqramı 2027-ci ildə də davam edəcək. AFFA-nın həyata keçirdiyi bu layihə çərçivəsində UEFA C, UEFA B, UEFA A və UEFA Fitnes B səviyyələri üzrə kurslara qatılmaq istəyən mütəxəssislər üçün müraciətlərin qəbulu aparılır. Proqram qadın məşqçilərin müxtəlif ixtisaslaşma və lisenziya səviyyələri üzrə peşəkar inkişafını dəstəkləməyi, onların bilik və təcrübəsini artırmağı, eləcə də Azərbaycan futbolunda kadr potensialını genişləndirməyi hədəfləyir.
AFFA qadınların futbolun bütün səviyyələrində təmsilçiliyinin artırılması və məşqçilik sahəsində peşəkar yüksəlişi üçün imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 19:13 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda texniki xəta baş verib, yubanmalar yaranıb Hadisə 19:09 Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Ağstafada təlim keçirilib Din 19:07 Ekspert: "Onlayn dövlət xidmətləri üzrə 11-ci yerə yüksəlməyimiz xüsusilə önəmlidir" İKT 18:59 Foto "Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Hərbi 18:49 Foto Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Hadisə 18:46 Ermənistanda 15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib Region 18:36 Börnhem: Aİ ilə yeni saziş Britaniya iqtisadiyyatına 17 milyard funt sterlinq gəlir gətirəcək Digər ölkələr 18:21 Foto Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir" İKT 18:09 UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.