İdman24
Futbol · APA Sport

“Mançester Yunayted”dən Mateta planı – Qarşılığında o gedir

“Mançester Yunayted” qış transfer dönəmində hücum xəttini gücləndirməyi planlaşdırır. Apasport.az xəbər verir ki, İngiltərə klubu “Kristal Pelas”ın hücumçusu Jan-Filip Matetanı heyətinə qatmaq istəyir. “Football Insider”in məlumatına görə, “qırmızı şeytanlar” 29 yaşlı fransalı futbolçu üçün yanvarda hərəkətə keçməyi düşünür. “Mançester Yunayted” Matetanın transferini reallaşdırmaq üçün Coşua Zirkzeeni qarşı tərəfə təklif edə bilər. Niderlandlı hücumçunun mümkün keçiddə razılaşmanın bir hissəsi olması nəzərdən keçirilir. Qeyd edək ki, Matetanın “Kristal Pelas”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Zirkzeenin “Mançester Yunayted”lə sözləşməsi isə 2029-cu ilin yayında başa çatır.

Orijinal mənbə

İdman24 əsas səhifə