Sabir Allahquliyev: "Legionersiz oynamağımız nəticəyə təsir etdi"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Sabir Allahquliyev: "Legionersiz oynamağımız nəticəyə təsir etdi" Futbol 31 oktyabr, 2026 17:10 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"World Winners Cup Alanya 2026" turnirində mübarizə aparan Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK-nın heyətində legionerlərin yer almaması komandanın nəticəsinə təsir göstərib.
Bunu "Report" a açıqlamasında komandanın kapitanı Sabir Allahquliyev deyib.
O, rəqiblərdən oyun baxımından geri qalmadıqlarını bildirib:
"Heç bir komandadan geri qalmadıq, hamısı ilə başabaş oynadıq. Rəqiblərin heyətində Bolqarıstan, Çin və Ukrayna millilərinin üzvləri çıxış edirdilər. Bizim onlardan geri qalmağımızın əsas səbəbi heyətimizdə legionerlərin olmaması idi. Rəqiblərimizdə 3-5 əcnəbi futbolçu oynayırdı. Məsələn, Çin təmsilçisi yerli futbolçularla yanaşı, heyətinə 5 braziliyalı futbolçu qatmışdı. Biz isə turnirə yalnız yerli və gənc idmançılarla, eləcə də millimizin üzvləri ilə yollanmışdıq".
Kapitan qrup oyunları zamanı bəzi amillərin nəticəyə mənfi təsir etdiyini diqqətə çatdırıb:
"Bolqarıstan təmsilçisi ilə matçda hesabda öndə idik, qalib gələ bilərdik. Lakin iki oyunu yağışlı hava şəraitində keçirməyimiz öz təsirini göstərdı, çünki əvvəllər belə havada oynamamışdıq. Fiziki baxımdan pis təsir bağışlamadıq. Məğlub olduğumuz Ukrayna klubu final matçına çıxacaq. Onlarla görüşdə sadəcə təcrübə çatmadı. Belə turnirlərdə tez-tez iştirak etmək bizim üçün faydalıdır. Bu, həm gənclərin inkişafına, həm də oyun təcrübəsi toplamağa kömək edər. Çünki güclü legionerlərə qarşı oynamaq asan deyil".
S.Allahquliyev əsas hədəfin qrupdan çıxmaq olduğunu söyləyib:
"Turnirə gələrkən əsas niyyətimiz qrupdan çıxmaq və ilk "20-lik"də yer almaq idi. Lakin bunu bacarmadıq. İlk dəfədir belə yarışda iştirak edirik. Turnirdə çimərlik futbolunun dünya ulduzları mübarizə aparırdı. İlk təcrübə olduğunu nəzərə alsaq, tutduğumuz mövqeyi normal qiymətləndirirəm".
Qeyd edək ki, "Marafon" İK turnirdə keçirdiyi 4 oyunun hamısında məğlub olaraq 32 komanda arasında 25-ci pilləni tutub.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 18:34 İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib Digər ölkələr 18:18 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir Region 17:59 Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır Digər ölkələr 17:52 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb - Yenilənib-2 Fərdi 17:50 Ötən gün itkin düşən 10 nəfər tapılıb Hadisə 17:43 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Daxili siyasət 17:22 Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb Sənaye 17:13 İrlandiyada miqrantların qaldığı mərkəzə hücum edilib, ölən və yaralanan var Digər ölkələr 17:10 Sabir Allahquliyev: "Legionersiz oynamağımız nəticəyə təsir etdi" Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.