İdman24
Futbol · APA Sport

"Neftçi" - "Sabah" oyununa bilet satışı davam edir

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 9-u saat 19:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçına bilet satışı davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha bir sektor üzrə onlayn bilet satışına start verilib. “Banişevski üst” sektoruna olan biletləri 3 AZN-ə əldə etmək mümküündür.

Qeyd edək ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılmışdı. Qiymətlər aşağıdakı kimidir:

- Qərb 2 – 2 AZN; - Banişevski alt – 3 AZN; - VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək. Qiymətlər belədir:

- Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN; - Şimal 1, Şimal 2 – 3 AZN; - VIP Gold – 20 AZN.

Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə