Digər · APA Sport
Səlahət Ağayev daha bir il "Qəbələ"də - RƏSMİ

“Qəbələ” Səlahət Ağayevlə müqavilə müddətini uzadıb. Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli qapıçı daha 1 il Premyer Liqa təmsilçisinin şərəfini qoruyacaq.
Səlahət Ağayev "Qəbələ"nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 komandanın uğurları üçün mübarizə aparıb.
Qeyd edək ki, qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyuna çıxıb.