İdman24
Digər · APA Sport

Mahrezin yeni klubu bəlli oldu - RƏSMİ

Riyad Mahrez karyerasını Qətərdə davam etdirəcək.

Apasport.az xəbər verir ki, “Əl-Əhli”dən ayrılan əlcəzairli vinger “Əl-Şamal”la müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə mövsümün sonunadək nəzərdə tutulan sözləşmə bağlanıb.

Qeyd edək ki, Mahrez 2025/26 mövsümündə “Əl-Əhli”nin heyətində keçirdiyi 44 rəsmi matçda 8 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Orijinal mənbə

İdman24 əsas səhifə