İdman24
Digər · APA Sport

Valdas Dambrauskas: “Bu, bizdə məyusluq yaratdı”

"Sabah" UEFA Çempionlar Liqasının III turunda "Borussiya" ilə qarşılaşıb - 1:2.

Apasport.az xəbər verir ki, matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

"Rəqibin keyfiyyəti öz sözünü dedi. Bu, futboldur. Çox yaxşı qol vəziyyətləri yaratdıq. Oyunun son saniyəsinə qədər mübarizənin içində qaldıq. Rəqibi təbrik edirəm. Öz komandamla qürur duyuram."

– Komandanızın taktiki planını görmədik… - Deyəsən, oyunu yaxşı izləməmisiniz. Matça yenidən baxın.

– Patrik Mbina komandanızın “jokeri” kimidir. Bu gün onun çıxışından razı qaldınız? - Komandamda olan hər kəsdən razıyam. Futbolçularım əllərindən gələni edirlər.

– Sizi ən çox məyus edən məqam hansı oldu? - Qaçırdığımız qol imkanları. Belə rəqibə qarşı hesabda geri düşəndə çətinliklər qaçılmazdır. İkinci qolu buraxmaq məyusluq yaratdı. Bu oyundan dərs çıxardıq.

Orijinal mənbə

İdman24 əsas səhifə