Digər · APA Sport
İki cüdoçumuz 1/8 finalda

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, iki Azərbaycan idmançısı 1/8 finala yüksəlib.
Əhməd Yusifov 60 kq çəki dərəcəsində 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.
Eyni çəki dərəcəsində Balabəy Ağayev isə Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.