İdman24
Digər · APA Sport

Kroos məşqçiliyə başlayır

“Real” və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos məşqçilik karyerasına başlamağa hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 36 yaşlı keçmiş yarımmüdafiəçi İspaniya Kral Futbol Federasiyasına (RFEF) müraciət edərək növbəti mövsümdə sabiq futbolçular üçün nəzərdə tutulan xüsusi məşqçilik kurslarında iştirak etmək niyyətini bildirib.

Almaniyalı mütəxəssis kursları başa vurduqdan sonra A kateqoriyalı məşqçilik lisenziyası əldə edə biləcək.

Qeyd edək ki, Toni Kroos 2024-cü ilin yayında futbolçu karyerasını başa vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə