İdman24
Digər · APA Sport

Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib

Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən “Changan Race Almaty 2026” yarışında iştirak edib.

Apasport.az xəbər verir ki, idmançımız iki mərhələnin yekununda ümumi təsnifatda 4-cü yeri tutub.

Süleyman Ələkbərov eyni zamanda yarışın ən yaxşı gənc velosipedçisi seçilərək xüsusi köynəyə layiq görülüb.

Orijinal mənbə

İdman24 əsas səhifə