İdman24
Futbol · Report İdman

Azərbaycanda məsafədən verilən kreditlərə dair yeni tələblər sabahdan qüvvəyə minir

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 23° C USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanda məsafədən verilən kreditlərə dair yeni tələblər sabahdan qüvvəyə minir Maliyyə 30 sentyabr, 2026 15:35 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və 15 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarında (BOKT) kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər sabahdan qüvvəyə minir.

"Report" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov bu il aprelin 28-də yeni qərar imzalamışdı.

Beləliklə, qərara əsasən, Bank və BOKT müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.

Bank və BOKT istehlak kreditinin verilməsi zamanı kredit müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və nəzərə almalıdır. İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə yol verilmir.

Bank və BOKT Qaydalarda nəzərdə tutulan məhdudiyyəti tətbiq etmiş şəxsdən istehlak krediti müqaviləsinin məsafədən bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi üçün müraciət aldıqda, bu barədə müştərini mobil tətbiq və ya SMS məlumatlandırma vasitəsi ilə dərhal məlumatlandırır.

Məsafədən istehlak krediti müqaviləsinin bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi zamanı müraciət edən şəxs əvvəlcədən məlumatlandırılmaqla vəsaitlər aşağıdakı müddətlərdə verilir:

- gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 mislinə qədər və yaxud onun ekvivalentinədək olduqda – müqavilə bağlandığı və yaxud müqaviləyə dəyişiklik edildiyi andan 2 saat sonra;

- gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 mislindən və yaxud onun ekvivalentindən çox olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 24 saat sonra.

İstehlak krediti müqaviləsinə bu Qaydanın tələbinin pozulması ilə kreditin verildiyi və yaxud kredit limitinin artırıldığı halda borclunun verilmiş (artırılmış) kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa daxil edilməlidir.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Kənan Sadıqov Sosial şəbəkələrdə paylaşın Скопировано В Азербайджане вводятся новые требования к онлайн-кредитам USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 18:05 Azərbaycanda oktyabrın ilk günü leysan olacaq - XƏBƏRDARLIQ Ekologiya 18:01 Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib Xarici siyasət 17:55 Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib Region 17:55 Əsir qalmaqalı - Şimali koreyalıların Cənuba sığınması üçün yeni yol - ŞƏRH Analitika 17:47 Ukrayna Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə hazırlaşır Xarici siyasət 17:38 Foto "ADEX-2026": Türkiyə və Azərbaycanın birgə istehsalı olan qırıcı təyyarə ilk dəfə nümayiş etdirilib Hərbi 17:36 Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2026"nın ikinci gününü 7 medalla başa vurublar Fərdi 17:33 İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb Digər ölkələr 17:32 Foto "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə