UNEC-də informasiya təhlükəsizliyi və kiber klubların fəaliyyəti müzakirə olunub

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Bakı 19° C USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika UNEC-də informasiya təhlükəsizliyi və kiber klubların fəaliyyəti müzakirə olunub Daxili siyasət 14 noyabr, 2026 14:53 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icra etdiyi "İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı" layihəsinin hesabat tədbiri və assosiasiyanın təşəbbüsü ilə universitetlərdə yaradılmış Kiber Klubların koordinasiya görüşü keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, o cümlədən nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin və digər tabeli qurumlarının, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri, AKTA-nın üzv şirkətlərinin təmsilçiləri və ekspertləri, eləcə də kiber klubların fəaliyyət göstərdiyi universitetlərin müəllim və tələbələri iştirak ediblər.
Tədbirin açılışında AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək layihənin əhəmiyyətindən və əldə olunan nəticələrdən danışıb. Daha sonra AKTA eksperti Lalə Kərimova layihə çərçivəsində aparılmış tədqiqatın nəticələrinə dair təqdimatla çıxış edib.
Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov da tədbirdə çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. O, layihənin töhfələrini və son illərdə təhsil sistemində həyata keçirilən rəqəmsallaşma işlərini qeyd edib.
Layihə çərçivəsində informatika müəllimləri üçün informasiya təhlükəsizliyi mövzusunda hazırlanmış metodiki-tədris vəsaiti də təqdim olunub. AKTA-nın Təhsil Komitəsinin katibi Bəhruz Əliyev vəsaitin hazırlanma prosesi, məzmunu və tədris prosesində istifadəsi barədə məlumat verib.
Tədbirin davamında AKTA-nın baş katibi Fidan Əhmədova universitetlərdə fəaliyyət göstərən kiber klubların mövcud vəziyyəti, fəaliyyət imkanları və gələcək inkişaf planları haqqında təqdimatla çıxış edib. Həmçinin noyabr ayında keçirilməsi nəzərdə tutulan "Gənclərin CTF Kuboku"nun təşkili, komandaların hazırlanması və universitet kiber klublarının yarışda iştirakı ilə bağlı məsələlər müzakirə olunub.
Bununla yanaşı, AKTA-nın üzvü olan "Millisec" şirkətinin təsisçisi və direktoru Zaur Qasımov CTF Kubokunun formatı, keçirilmə qaydaları və iştirakçılar üçün nəzərdə tutulan praktiki tapşırıqlar barədə məlumat verib.
Tədbir layihənin nəticələrinin təqdim edilməsi, təhsil sahəsində informasiya təhlükəsizliyinin inkişafı, eləcə də gənclərin kibertəhlükəsizlik üzrə bilik və praktiki bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto В UNEC обсудили вопросы информационной безопасности --> --> --> --> --> USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 17:52 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb ASK 17:31 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır ASK 17:27 Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək - Rəy Daxili siyasət 17:25 Hesablama Palatası: Özəlləşdirmə üzrə borc qalıqları büdcə üçün əlavə vəsait potensialı yaradır Maliyyə 17:22 İoannis Diamantakos: "İrlandiyaya qarşı oyunda müdafiədə çox zəif çıxış etdik" Komanda 17:19 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Energetika 17:17 Foto Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək ASK 17:07 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib İnfrastruktur 16:51 Foto Zaur Mikayılov Naxçıvanda su layihələrinin icrası ilə tanış olub İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.