Futbol · APA Sport
Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

"Tottenhem"də yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, komanda qapıçı Antonin Kinski ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 23 yaşlı çexiyalı qolkiperlə 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Tottenhem" Antonin Kinskini ötən ilin yayında "Slavia Praqa"dan 16,5 milyon avro qarşılığında heyətinə qatmışdı.