Futbol · APA Sport
“Araz-Naxçıvan” yoxlama matçında "Neftçi"ylə qarşılaşacaq

“Araz-Naxçıvan” milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən iki yoxlama matçı ilə istifadə edəcək.
Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi sentyabrın 27-də “İmişli” ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək görüş saat 16:00-da başlayacaq.
“Araz-Naxçıvan”ın ikinci yoxlama oyunu isə oktyabrın 2-də “Neftçi”yə qarşı olacaq. Bu qarşılaşmanın keçiriləcəyi məkan hələ müəyyənləşməyib.