İdman24
Digər · APA Sport

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi oldu - Rəsmi

Fransa Futbol Federasiyası Zinəddin Zidanın milli komandanın yeni baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, təcrübəli məşqçiylə 2030-cu ilə qədər müqavilə imzalanıb. 54 yaşlı mütəxəssis bu postda Didye Deşamı əvəzləyib.

Zidan məşqçilik karyerasında yalnız Madrid "Real"ını çalışdırıb. O, İspaniya klubunda fəaliyyət göstərdiyi dövrdə 3 UEFA Çempionlar Liqası, 2 La Liqa, 2 UEFA Superkuboku, 2 FIFA Klublararası Dünya Çempionatı və 2 İspaniya Superkubokunun qalibi olub.

Qeyd edək ki, Zidanın əvəz etdiyi Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırırdı. Onun rəhbərliyi altında yığma 2018-ci ildə dünya çempionu olub, AVRO-2016 və DÇ-2022-də finala, DÇ-2026-da isə yarımfinala yüksəlib.

Orijinal mənbə

İdman24 əsas səhifə