Basketbol · APA Sport
Millimiz Niderlandı məğlub edib

20 yaşadək oğlanlardan ibarət millimiz FİBA Avropa Çempionatının “B” divizionunda növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, yığma Niderlandla üz-üzə gəlib.
Millimniz rəqibini 66:60 hesabı ilə məğlub edərək turnirdə üçüncü qələbəsini qazanıb.
Komandamız çempionatı 11-ci pillədə başa vuraraq bu səviyyədə tarixinin ən yaxşı nəticəsini göstərib.