Polina Rəhimova: "Polşa komandası daha güclüdür, lakin biz də zəif deyilik"

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 14° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Polina Rəhimova: "Polşa komandası daha güclüdür, lakin biz də zəif deyilik" Komanda 06 noyabr, 2026 12:06 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
CEV Çelenc Kubokunun 1/16 finalında "DH Volley"in rəqibi olan Polşanın LKS komandası daha güclüdür.
"Report" xəbər verir ki, bunu "DH Volley"in hücumçusu Polina Rəhimova Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, 1/32 finalda Danimarkanın "Holte IF" klubuna 3:0 hesabı ilə qalib gəldikləri matçın gərgin keçdiyini bildirib:
"Qələbə münasibətilə komandamı təbrik edirəm. Oyun bizim üçün bir qədər çətin keçdi. Xüsusilə servis və qəbul zamanı çoxlu səhvlərə yol verdik. Amma sona qədər mübarizə apardıq və qələbə qazandıq".
36 yaşlı voleybolçu növbəti raundda qarşılaşacaqları LKS (Polşa) ilə görüşün daha çətin keçəcəyini söyləyib:
"Növbəti mərhələdə bizi Polşa komandası gözləyir. Budəfəki rəqib daha güclüdür, lakin biz də zəif deyilik. Onlara da qalib gələcəyimizə inanıram. Bu oyunda buraxdığımız nöqsanları aradan qaldırmaq üçün məşqlərdə öz üzərimizdə daha çox işləməliyik. Yeni rəqibə qarşı fərqli taktika ilə oynamalıyıq. Çünki bu iki komanda arasında böyük fərq var".
P.Rəhimova azarkeşlərə də minnətdarlığını ifadə edib:
"Bütün azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Onları növbəti oyunlarımızda da bizə dəstək olmağa dəvət edirəm. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir".
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 23:17 Hakan Fidan: Şimali Kiprin hüquq və maraqlarının müdafiəsinə davam etdirəcəyik Region 23:00 FT: Avropada nəqliyyat vasitələri yeni hücumlarla hədələnib Digər ölkələr 22:34 Foto SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Energetika 22:14 Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib Digər ölkələr 22:05 Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib Komanda 22:04 Foto Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Xarici siyasət 21:55 "Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib Futbol 21:43 Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir Xarici siyasət 21:38 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.