İdman24
Digər · APA Sport

Millimiz Omana qalib gəlib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda ilk yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Omanın U-23 komandası ilə üz-üzə gəlib.

“Bank Respublika Arena”da baş tutan görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu noyabrın 17-də saat 17:00-da keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə