Futbol · APA Sport
“Turan Tovuz” “Zirə”ni qəbul edir - YENİLƏNİR

Misli Premyer Liqasında VI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Turan Tovuz” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.
Tovuz təmsilçisi 8 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Zirə” isə 10 xalla 4-cü yerdədir.
Qarşılaşma saat 17:30-da Tovuz şəhər stadionunda başlayacaq.
Misli Premyer Liqası I dövrə, VI tur 19 sentyabr
Baş hakim: Rəvan Həmzəzadə Köməkçilər: Şirmamed Mamedov, Teymur Teymurov Dördüncü hakim: Nicat İsmayıllı VAR: Əli Əliyev AVAR: Cəmil Quliyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Asif Əliyev