Digər · APA Sport
“Şimal”da yeni sponsor - MÜQAVİLƏ İMZALANDI

"Şimal" Futbol Klubu ilə xaçmazlı iş adamı Eldarov Namik Xanlar oğlu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Apasport.az xəbər verir ki, müqaviləni "Şimal" adından klubun prezidenti Qılman İbrahimov, digər tərəfdən isə iş adamı Namik Eldarov imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə əsasən, Namik Eldarov klubun inkişafına dəstək verəcək. Klub isə əməkdaşlıq çərçivəsində sahibkara məxsus "Kristal Ticarət Mərkəzi" brendinin tanıdılması və ictimaiyyət arasında təşviqi istiqamətində müxtəlif tədbirlər həyata keçirəcək.
Bu tərəfdaşlıq idmanın inkişafına, klubun fəaliyyətinin daha da gücləndirilməsinə, eləcə də yerli bizneslə idman arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə xidmət edir.