AFFA 8 komandaya texniki məğlubiyyət verib

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 12° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika AFFA 8 komandaya texniki məğlubiyyət verib Futbol 06 noyabr, 2026 12:38 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Aşağı yaş qrupları üzrə liqalarda keçirilən oyunlarda baş verən qayda pozuntularına görə 8 komandaya texniki məğlubiyyət verilib.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Gənclər Liqasında noyabrın 1-də keçirilən "İmişli" – "Lion" oyununda qonaq komanda matçın 29-cu dəqiqəsində meydanı tərk etdiyi üçün onlara texniki məğlubiyyət verilib, hesab olduğu kimi saxlanılıb.
U-14 Liqasında oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan "Ağdam" – "Aran" (Beyləqan) matçına meydan sahibləri, "Füzuli" – "Zəfər" (Bərdə) görüşünə isə qonaqlar təyin olunmuş vaxtda gəlmədiklərinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.
Noyabrın 1-də keçirilməli olan "Qafqaz Arena" – "Zəfər" və "Şamaxı" – "Çinar" (Göyçay) qarşılaşmalarında isə "Zəfər" və "Çinar" komandaları oyuna çıxmaqdan imtina etdikləri üçün onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında oktyabrın 31-nə təyin olunan "Universal Football Academy" – "Məhəllə Uşaqları" (Sumqayıt) matçına təyin olunmuş vaxtda gəlməyən qonaqlar da eyni şəkildə cəzalandırılıblar.
U-10 Liqasında oktyabrın 31-də keçirilən "Kürdəmir" – "Çinar" (Göyçay) görüşünün 5-ci dəqiqəsində qonaqların heyətində sənədləri düzgün olmayan oyunçu aşkarlandığı və yetərsay olmadığı üçün matç yarımçıq dayandırılıb. Bu səbəbdən Göyçay təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni gündə nəzərdə tutulan "Şamaxı" – "Çərəkə" (Göyçay) matçına vaxtında gəlməyən "Çərəkə" komandası da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıb.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 15:33 Aİ-də "TikTok" alqoritmləri istifadəçilərin psixi sağlamlığı üçün təhlükəli hesab edilib Digər ölkələr 15:31 Azərbaycan və Çin hava əlaqələrinin genişləndirilməsini müzakirə edib Turizm 15:31 Belçika Kralı baş nazirin istefa xahişini rədd edib Digər ölkələr 15:27 PFL I Liqada "Ayın qolu"nun müəllifini mükafatlandırıb Futbol 15:20 Foto Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb Sosial müdafiə 15:17 Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq Ekologiya 15:10 Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib Digər ölkələr 15:08 "Şəki"nin baş məşqçisi Ceyhun Həsənli: "Əsas liqaya daha güclü şəkildə qayıtmaq istəyirik" Komanda 15:07 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir Elm və təhsil Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.