İdman24
Döyüş İdmanı · Report İdman

Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib

İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 24° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib Hərbi 21 sentyabr, 2026 10:04 Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub.

Bu barədə "Report" a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.

Bildirilib ki, ƏİK bazasında icra olunan tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsinə yönəldilib.

Bölmənin ərazisində yaradılan şəraitlə tanış olan rəhbər heyət yataqxanaya, idman və atəş şəhərciklərinə, mühəndis, kəşfiyyat və sürücülük hazırlıqları üzrə təlim mərkəzlərinə, eləcə də hərbi texnikaya baxış keçirib.

Sonra nazirliyin rəhbər heyəti cari ilin oktyabr ayında keçirilməsi planlaşdırılan NATO-nun ƏİK Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birinci səviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq üzrə döyüş hazırlığı prosesini izləyib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub, bölmənin ərazisində xatirə ağacları əkilib.

Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Şəfiqə Nazimqızı Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Video Закир Гасанов понаблюдал за процессом боевой подготовки военной полиции Foto Video Zakir Hasanov observes combat readiness of military police USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:07 Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb Energetika 14:03 İrlandiya "Google"u 403 milyon avro cərimələyib Digər ölkələr 13:49 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Digər 13:45 "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar Futbol 13:32 Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb Fərdi 13:24 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib İnfrastruktur 13:21 Foto Video Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Hərbi 13:18 Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb Hadisə 13:16 "Tottenhem" heyətini 2 yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə