İdman24
Digər · APA Sport

"Milan" serbiyalı müdafiəçi ilə müqaviləni yenilədi

İtaliyanın "Milan" klubu müdafiəçisi Strahinya Pavloviçlə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Serbiya millisinin üzvü ilə yeni sözləşmə 2031-ci il iyunun 30-dək nəzərdə tutulub. Müqavilədə müddətin daha bir il uzadılması imkanı da yer alıb.

25 yaşlı futbolçu 2024-cü ilin yayından "Milan"ın formasını geyinir. O, İtaliya təmsilçisinə Avstriyanın "Zalsburq" klubundan transfer olunub.

Qeyd edək ki, Pavloviç "Milan"ın heyətində indiyədək 80 rəsmi matç keçirib və 7 qol vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə