Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar Fərdi 12 noyabr, 2026 23:41 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təmsilçiləri Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vurublar.
Bu barədə "Report" a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Belə ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticəylə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən N. Abdinova 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb.
18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb.
8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O, Avropa çempionatının bürünc medalçısı olub.
Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuraraq komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürüb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 04:31 Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib Digər ölkələr 04:27 Albaniya 2028-ci ildə NATO sammitinə ev sahibliyi edə bilər Digər ölkələr 04:02 İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb Komanda 03:56 Rumıniya ABŞ hərbi kontingentinin ölkədə genişləndirilməsini təklif edib Digər ölkələr 03:53 Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır Digər ölkələr 03:42 ABŞ-da ticarət nazirinin vəzifəsindən uzaqlaşdırılması müzakirə olunur Digər ölkələr 03:25 Tramp ABŞ müttəfiqlərini qorumaq üçün İrana qarşı güc tətbiqini istisna etməyib Digər ölkələr 02:35 Foto Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Yenilənib Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.