Digər · APA Sport
AFFA aşağı yaş qrupları üzrə baş məşqçiləri açıqladı

AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, təyinatlar AFFA İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.
Qərara əsasən, Azərbaycan millisinin aşağı yaş qrupları üzrə baş məşqçiləri belə olacaq:
U-15 – Aleksandr Qross U-16 – Famil Xəlilov U-17 – Emin Mustafayev U-18 – Mahmud Qurbanov U-19 – Elgiz Kərəmli
Qeyd edək ki, namizədlərin seçimi AFFA-nın yeni texniki direktoru Edmond Klausla məsləhətləşmələrdən sonra elan olunan açıq müraciət prosesi əsasında aparılıb. Namizədlər müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən İcraiyyə Komitəsinə təqdim olunub.