"Qarabağ" məğlub oldu, "Neftçi"dən qələbə

“Sabahın Ulduzları” Bakı Kubokunda U-15 liqasının yarımfinal oyunları keçirilib.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Ulduz” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Digər yarımfinalda isə “Neftçi” EFA-ya qalib gələrək həlledici görüşdə iştirak hüququ qazanıb.
Beləliklə, “Sabahın Ulduzları” Bakı Kubokunun hər iki yaş qrupunda finalçılar müəyyənləşib.
U-14 yaş qrupunun finalında “Qarabağ” və “Sabah” qarşılaşacaq. “Ulduz” və “Neftçi” isə üçüncü yer uğrunda mübarizə aparacaq.
U-15 liqasında isə finalda “Neftçi” və “Ulduz” üz-üzə gələcək. Bürünc medal uğrunda görüşdə EFA ilə “Qarabağ” qarşılaşacaq.
U-15, yarımfinal “Ulduz” - ”Qarabağ” 1:0 Qol: N.Bəylərli, 12.
“Neftçi” - EFA - 4:2 Qollar: H.Əliyev, 27, S. Orucov, 55, Q. Babayev, 60-pen, 63 - T. Zahidov, 20, 66.
Qeyd edək ki, final oyunlarının keçirilmə tarixi hələ müəyyənləşməyib.