Digər · APA Sport
26 yaşlı yarımmüdafiəçi “Şamaxı”da

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, cinah yarımmüdafiəçisi Ayman Boualini heyətinə qatıb.
26 yaşlı mərakeşli futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Boualinin son klubu Birləşmiş Ərəb Əmirliklərinin “Al Dhaid” klubu olub.