Futbol · APA Sport
UEFA Superkubokunda final həyəcanı - PSJ, yoxsa “Aston Villa”? - YENİLƏNİR

Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq.
Apasport.az xəbər verir ki, Avstriyanın Zalsburq şəhərindəki “Stadion Salzburg”da baş tutacaq həlledici qarşılaşmada UEFA Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının qalibi “Aston Villa” üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, PSJ ötən il UEFA Superkubokunu qazanıb. “Aston Villa” isə tarixində ikinci dəfə bu kubok uğrunda mübarizə aparacaq.