İsmayıl İbrahimli: “Mübahisə buna görə yarandı”

“Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli “Apasport”a müsahibə verib…
- “Turan Tovuz”la görüş barədə fikirlərin necədir? - Maraqlı matç keçdi. "Turan Tovuz"un gücünə bələd idik. Bizim bu rəqiblə qarşılaşmalarımız hər zaman gərgin və mübarizəli keçir. Bu gün də elə bir oyun oldu. Hər iki tərəf qələbə qazanmaq istəyirdi, meydanda taktiki mübarizə gedirdi. Təəssüf ki, rəqib sonda standart vəziyyətdən qol vuraraq qələbə qazandı.
- Atmosferi necə dəyərləndirirsən? - Əla idi. Burada oynamaq, əlbəttə ki, çətindir. Meydança ideal vəziyyətdə idi. Tovuzda oynamaq hər zaman maraqlıdır.
- Görüşün sonlarında mübahisə yarandı, bu nə ilə bağlı idi? - Rəqib oyunçu qol vurandan sonra üstümüzə doğru gəlirdi, mübahisə də elə buna görə yarandı.
- Hakimlə bağlı narazılıq var idi. Sən nə düşünürsən? - Bəzi epizodlarda rəqib komandanın xeyrinə verilən qərarlar olurdu.
- Milli komandanın heyəti açıqlandı, dəvət gözləyirdin? - Əlbəttə ki, gözləyirdim. Xüsusilə bu toplanışa dəvət alacağımı daha çox gözləyirdim, çünki son çempionat matçlarının dördündə əsas heyətdə meydanda olmuşdum. Xeyirlisi olsun, bu, baş məşqçinin qərarıdır. Növbəti toplanışlarda dəvət almağı ümid edirəm.