İdman24
Digər · APA Sport

“Strasbur”un yeni baş məşqçisi bəlli olur

Fransanın “Strasbur” klubu baş məşqçi postuna yeni namizəd müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Suonsi” klubunu çalışdıran Vitor Matuşu komandanın sükanı arxasına gətirməyə hazırlaşır.

“Sky Sports”un məlumatına görə, portuqaliyalı mütəxəssis bu vəzifədə Uqu Filipe Oliveyranı əvəzləyəcək.

Matuş 2025-ci ildən “Suonsi”yə rəhbərlik edir. O, bundan əvvəl “Maritimu”da çalışıb.

Qeyd edək ki, “Suonsi” cari mövsümdə keçirdiyi 10 oyunda 10 xal toplayaraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Orijinal mənbə

İdman24 əsas səhifə