Azərbaycan voleybolçusu Leyla Əliyeva: "EEVZA çempionatında beşinci yer gözlədiyimiz nəticə deyildi"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan voleybolçusu Leyla Əliyeva: "EEVZA çempionatında beşinci yer gözlədiyimiz nəticə deyildi" Fərdi 28 oktyabr, 2026 10:21 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında gözlənilən nəticəni qazana bilməyib.
Bunu "Report" a açıqlamasında komandanın üzvü Leyla Əliyeva deyib.
"Qrupda Latviya və Polşa yığmaları ilə qarşılaşdıq. Polşa ilə oyun bizim üçün çox çətin keçdi, Latviya ilə daha yaxşı mübarizə apardıq. Yaxşı imkanlarımız olsa da, istədiyimiz nəticəni əldə edə bilmədik. Fikrimcə, bir qədər sabitlik və soyuqqanlılıq çatmadı. İki məğlubiyyətdən sonra toparlanmaq və komanda olaraq öz oyunumuzu göstərmək çox vacib idi. Turniri qələbə ilə başa vurduğumuza görə çox şadam. Əlbəttə, beşinci yer gözlədiyimiz nəticə deyildi,. Amma əsas odur ki, səhvlərimizdən nəticə çıxaraq və gələcəyə baxaq", - deyə o vurğulayıb.
L.Əliyeva rəqiblərlə müqayisədə komandanın daha gənc olduğunu diqqətə çatdırıb:
"İnanıram ki, gələcəkdə daha yaxşı oyun nümayiş etdirib, daha yüksək nəticələr əldə edə biləcəyik. Bizə inandığı və beynəlxalq turnirdə iştirak edərək təcrübə qazanmağımıza şərait yaratdığı üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm. Əməklərinə görə məşqçilər heyətinə, mübarizəyə görə bütün komandaya minnətdaram".
Xatırladaq ki, oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində keçirilən yarışda baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi Azərbaycan millisi A qrupunda Polşa və Latviya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda beşinci yer uğrunda görüşdə isə Gürcüstan yığmasını 3:1 hesabı ilə məğlub edib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 11:20 Elnur Soltanov: "Azərbaycan enerji sektorunda bazar şərtləri ilə rəqabət aparır" Energetika 11:19 Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər Digər ölkələr 11:17 Azərbaycanda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi hazırlanıb Milli Məclis 11:16 Afrikalı fəal dövlət səviyyəsində praktiki inkluzivlik fondunun yaradılmasını təklif edib Mədəniyyət siyasəti 11:15 Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər Digər ölkələr 11:12 Rusiya İƏT ölkələri ilə maliyyə cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq təklif edib Xarici siyasət 11:11 Vəcihə Harris: Bakı forumunda dünya üçün aktual və faydalı mövzulara toxunulur Xarici siyasət 11:11 MFC-nin keçmiş rəhbəri: "Mikromaliyyələşmə yüksək gəlirli iqtisadiyyata keçidi dəstəkləyə bilər" Maliyyə 11:06 Foto "Baku Steel Company" Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib Sənaye Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.