Azərbaycan Kubokunda daha bir məhsuldarlıq rekordu qeydə alınıb

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan Kubokunda daha bir məhsuldarlıq rekordu qeydə alınıb Futbol 30 oktyabr, 2026 11:18 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kubokunun 2026/2027 mövsümündə daha bir məhsuldarlıq rekordu qeydə alınıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, II təsnifat mərhələsinin 12 matçında 71 qol vurulub.
Bu, indiki formatda keçirildiyi dövr üçün bu mərhələnin ən yüksək göstəricisidir.
2023/2024 mövsümündə 41 (11 oyun), 2024/2025 mövsümündə 55 (11 oyun), 2025/2026 mövsümündə 49 qol (12 oyun) qeydə alınmışdı. Cari mövsümdə bu mərhələnin orta məhsuldarlığı 5,92-yə bərabər olub.
Ölkə kubokunun 34 illik tarixində orta göstəricidə ən məhsuldar raund olan I təsnifat mərhələsinin 6 oyununda 36 qolun vurulduğunu nəzərə alsaq, mövsümdəki qol sayı 100-ü keçib. Baş tutan 18 görüşdə 107 qol vurulub. Orta məhsuldarlıq 5,77-yə bərabərdir.
Bu, indiki formatda keçirilən turnirin təsnifat mərhələləri üçün rekorddur. 1/8 finala qədər keçirilən 18 oyunda 2023/2024 mövsümündə 58, 2024/2025 mövsümündə 80, 2025/2026 mövsümündə 72 qol qeydə alınmışdı.
Qeyd edək ki, II təsnifat mərhələsində "Şimal" – "Araz-Naxçıvan" (0:6), "Marafon" – "Zaqatala" (1:0), "İmişli" – "Qaradağ Lökbatan" (4:1), "Kür-Araz" – "Sumqayıt" (0:11), "Qəbələ" – "Mingəçevir" (3:0), MOİK – "Şahdağ Qusar" (1:9), "Xankəndi" – "Gəncəbasar" (2:3), "Hypers" – "Şamaxı" (1:5), "Şəfa" – "Ağstafa Gəncləri" (9:2), "Zəngəzur" – "Karvan-Yevlax" (1:4), "Səbail" – "Zirə" (2:2, p. - 2:3), "Kəpəz" – "Baku Sportinq" (3:1) matçları keçirilib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:45 Azərbaycanda noyabr ayına olan hava proqnozu açıqlanıb Digər 12:45 "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsi parlamentdə birinci oxunuşda keçib Milli Məclis 12:41 Video №1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb Sosial müdafiə 12:33 Foto Milli İncəsənət Muzeyində Aydan Salahovanın "Qız Qalası" fərdi layihəsinin təqdimatı olub İncəsənət 12:32 Foto Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib Futbol 12:31 Oktyabrın son günü Azərbaycanda yağış yağacaq Ekologiya 12:14 İtaliyada kütləvi etirazların yeni dalğası başlayıb Digər ölkələr 12:14 TDT-nin yeni baş katibi Özbəkistanın təmsilçisi olacaq Xarici siyasət 12:13 "Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Xorvatiyadakı oyun istədiyimiz kimi alınmadı" Komanda Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.