DÇ-2026: Norveç 1/8 finalda! - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında Fil Dişi Sahili və Norveç milliləri üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Oyunda hesabı Norveç millisi açıb. Antonio Nusa qarşısıalınmaz zərbə ilə komandasını önə keçirib: 1:0. İlk hissədə başqa qol vurulmayıb.
Afrika təmsilçisi 74-cü dəqiqədə bərabərlik qolunu vurub. Amad Diallo fərqlənib. 86-cı dəqiqədə səhnəyə Erlinq Haaland çıxıb. "Siti"nin ulduzu hesabı 2:1 edən qolu vurub.
Görüş bu hesabla başa çatıb və Norveç millisi adını növbəti mərhələyə yazdırıb.
Norveç 1/8 final mərhələsində Braziliya yığması ilə qarşılaşacaq.
DÇ-2026 1/16 final 30 iyun 21:00. Fil Dişi Sahili – Norveç 1:2
Qol: A. Nusa, 39, A. Diallo, 74, E. Haaland, 86
Fil Dişi Sahili : Fofana, Due, Kossunu, Aqbadou, Konan, Sanqare, Pepe, Kessie, İnao Ulay, Diomande, Bonni
Norveç : Nüland, Vulfe, Lisaker-Heggem, Ayer, Pedersen, Berq, Berge, Odeqor, Nusa, Haaland, Sörlot.