Digər · APA Sport
“Beşiktaş”a Orkun Kökçüdən şad xəbər

“Beşiktaş”ın kapitanı Orkun Kökçünün səhhəti ilə bağlı son vəziyyət məlum olub.
Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçinin topuq nahiyəsində zərbə nəticəsində göyərmə yaranıb.
Futbolçunun zədəsinin ciddi olmadığı bildirilir. Onun bazar ertəsi keçiriləcək “Trabzonspor”la qarşılaşmada yenidən meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Orkun Kökçü ötən gün UEFA Avropa Liqasının liqa mərhələsində səfərdə “Hoffenhaym”a qarşı keçirilən görüşdə (2:3) zədələnib.
Futbolçu həmin qarşılaşmanın ilk hissəsində aldığı zərbədən sonra oyunu davam etdirsə də, fasilədə əvəzlənib.