İdman24
Döyüş İdmanı · APA Sport

UFC: Maqomedovdan ilk raundda NAKAUT

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, əsas kartın döyüşlərinə start verilib.

Kartın ilk görüşü orta çəki dərəcəsində baş tutub.

Almaniya təmsilçisi Abus Maqomedov Polşadan olan Mixal Olekseyçukla qarşılaşıb.

Maqomedov ilk raundda rəqibini nakautla məğlub edib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə