İdman24
Futbol · APA Sport

"Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi

"Fənərbaxça" son günlər yayılan transfer xəbərləri ilə bağlı rəsmi açıqlama yayıb.

Apasport.az xəbər verir ki, İstanbul klubu Ermedin Demiroviç və Rafael Leao ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Klubun bəyanatında qeyd olunub ki, "Ştutqart"ın hücumçusu Ermedin Demiroviçin transferi üçün heç bir təşəbbüs göstərilməyib. Həmçinin Rafael Leao üçün transfer haqqı və maaşı da daxil olmaqla təxminən 100 milyon avroluq təklif edilməsi barədə yayılan xəbərlər də təkzib olunub.

"Fənərbaxça" vurğulayıb ki, hazırda bütün diqqət UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qornik Zabrje" ilə keçiriləcək cavab görüşünə və növbəti mərhələyə yüksəlməyə yönəlib.

Qeyd edək ki, klub azarkeşləri gündəmdə olmayan futbolçularla bağlı yayılan spekulyativ xəbərlərə inanmamağa çağırıb.

Orijinal mənbə

İdman24 əsas səhifə