Basketbol · APA Sport
"Sumqayıt"dan yeni transfer

“Sumqayıt” heyətinə yeni basketbolçu qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Gənclik şəhəri” təmsilçisi Azər Əzimovla anlaşıb.
O, daha əvvəl “Lənkəran”, “Sərhədçi” və “Gəncə” klublarında çıxış edib. A.Əzimov eyni zamanda Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının formasını geyinib.