Futbol · APA Sport
"Mançester Yunayted" Altaya icazə verdi – Transferə yaşıl işıq

"Mançester Yunayted"in qapıçısı Altay Bayındır komandadan ayrılmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, İngiltərə klubu türkiyəli qolkiperə transfer danışıqları aparması üçün icazə verib.
Hazırda Altayın menecerinin qapıçıyla maraqlanan klublarla görüşdüyü bildirilir.
Qeyd edək ki, 28 yaşlı Altay Bayındır 2023-cü ilin yayında "Fənərbaxça"dan "Mançester Yunayted"ə keçib.
Onun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.