İdman24
Digər · APA Sport

İstanbul derbisinin hakimi bəlli oldu

Türkiyə Superliqasının IX turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” derbisinin hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, İstanbul derbisini Atilla Karaoğlan idarə edəcək.

Ona Ceyhun Sesigüzel və Süleyman Özay kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Abdullah Buğra Taşkınsoy olacaq.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbaxça” qarşılaşması oktyabrın 26-da, şənbə günü saat 22:30-da baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə