İdman24
Futbol · APA Sport

“Arsenal”da ciddi itki

“Arsenal” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Bukayo Saka zədələnib.

İngiltərəli vinger Çempionlar Liqasının əsas mərhələsində “Bavariya” ilə səfər oyununda xəsarət alıb. Matçdan sonra komandanın baş məşqçisi Mikel Arteta Sakının zədəsinin ciddi ola biləcəyini bildirib.

Xatırladaq ki, “Bavariya” – “Arsenal” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Saka bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Orijinal mənbə

İdman24 əsas səhifə