İdman24
Digər · APA Sport

“Qalatasaray” İkardinin əvəzləyicisini tapdı

Türkiyə təmsilçisi “Qalatasaray” komandadan ayrılan Mauro İkardinin əvəzləyicisini tapıb.

Apasport.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Kiyev “Dinamo”sunun 20 yaşlı hücumçusu Matviy Ponomarenko üçün rəsmi təklif göndərib.

Bildirilir ki, “Qalatasaray” ukraynalı forvard üçün 20 milyon avro təklif etsə də, Kiyev klubu bu məbləği kifayət hesab etməyib. “Dinamo” gənc futbolçunun transferindən 25-30 milyon avro gəlir əldə etmək niyyətindədir.

Mənbənin iddiasına görə, “Qalatasaray” transferdən imtina etmək fikrində deyil.

Qeyd edək ki, 2025/26 mövsümündə Ukrayna çempionatında 25 oyunda meydana çıxan Ponomarenko 15 qol vurub. Hazırda Ukrayna millisinin də üzvü olan gənc hücumçu milli komandada keçirdiyi 3 oyunda 1 qolla yadda qalıb. Onun Kiyev “Dinamo”su ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Orijinal mənbə

İdman24 əsas səhifə