İdman24
Basketbol · APA Sport

İki mövsüm, iki çempionluq – “Filadelfiya”dan Cons həmləsi

“Filadelfiya” heyətini Dillon Consla gücləndirib.

Apasport.az xəbər verir ki, klub 24 yaşlı basketbolçu ilə uzunmüddətli müqavilə imzalayıb.

196 sm boya malik yüngül hücumçu komandanın təlim-məşq toplanışına qoşulacaq və əsas heyətdə yer almaq uğrunda mübarizə aparacaq.

Maraqlıdır ki, Cons NBA-dakı ilk iki mövsümünün hər ikisini çempionluqla başa vurub. O, əvvəlcə “Oklahoma Siti Tander”, ötən mövsüm isə “Nyu-York Niks”in heyətində çempionluq sevinci yaşayıb.

Cons 2025/2026 mövsümünün müntəzəm çempionatında “Niks”in heyətində cəmi 7 matçda meydana çıxıb. O, orta hesabla 5,6 dəqiqə meydanda qalaraq 1,3 xal və 1 ribaundla yadda qalıb. “Niks”in baş məşqçisi Mayk Braun pley-off zamanı Consla onun “Oklahoma”dakı çempionluq təcrübəsi barədə tez-tez söhbət etdiyini açıqlayıb.

Qeyd edək ki, Dillon Cons 2024-cü il NBA draftında 26-cı sıradan seçilib. “Filadelfiya” isə yayda Ceylen Braun və LeBron Ceymsi də heyətinə qataraq yeni mövsüm öncəsi çempionluğun əsas favoritlərindən birinə çevrilib.

Orijinal mənbə

İdman24 əsas səhifə